Bazar ertəsi, 16.06.2025, 01:10
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 11 » 15 il sonra internet saytları olmayacaq
23:50
15 il sonra internet saytları olmayacaq
img

15 il sonra da internet öz mövqeyini qoruyub saxlaya biləcəkmi? Onun funksiyaları nədən ibarət olacaq? Saytlar necə dəyişəcək?

Gəlin bu suallara cavab tapaq. İlk öncə 12 il əvvələ nəzər salaq. Həmin vaxt internet auditoriyasının sayı cəmi 250 milyon idi. Sayt mətnləri çox da rəngarəng deyildi. Animasiyaların sayı məhdud, kompyuterlərin güçü indiki kimi güclü deyildi. Texniki məhdudiyyətlər veb proqramçıların imkanlarını kasadlaşdırır, böyük proyektlərin hazırlanmasını çətinləşdirirdi. Zaman keçdi və internetə qoşulanların sayı dəfələrlə artdı. Yaradılan yeni texnologiyalar(iPad,GalaxyPAD) internetin gücünü daha da artırdı.

Bəs yaxşı, gələcəkdə internetin aqibəti necə olacaq?

5 il sonra nələr olacaq?

Bu keçid mərhələsidir. Bu dövrdə flash texnologiyalar tüğyan edəcək. Saytlarda mətnlərə az yer veriləcək. Dizayn üslubu dəyişəcək və qrafikaya üstünlük veriləcək. 3d proqramların saytlara inteqrasiyası başalayacaq. Məsələn WebGI proqramlar hazırlanacaq

10 il sonra

Mobil texnologiyaların istifadə həcmi daha da genişlənəcək. Bu ərəfədə 3d saytlar ən çox diqqət çəkən saytlar olacaq. Dizayn həmişəki kimi ön planda olacaq. Bir çox şəhərlərdə elektronikasız yaşamaq mümkün olmayacaq. Saytlar artıq başqa funksiyalar yerinə yetirəcək. Onlar xidmət xususiyyətlərinə malik olmaqla ən yeni xidmətləri təmin edəcək.

15 il sonra

Kompyuter texnologiyası ilə rabitə nəzarət maşınları arasındakı münasibət ənənədən çox uzaq olacaq. İnternet üçölçülü arxitektura əsasında işləyəcək. İstifadəçi bu mühitdə olacaq və əli ilə obyektləri idarə edəcək. Saytlar artıq indiki mənzillər kimi daşınmaz obyektlərə çevirləcək və bir virtual mühit olacaq. Onlar sayt yox bir dünya şəklində var olacaq.
Kateqoriya: Maraqlı | Views: 364 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP