Bazar ertəsi, 16.06.2025, 09:32
Приветствую Вас, Гость
Ana Səhifə » 2012 » Dekabr » 30 » 2012-ci ildə Azərbaycan kimləri itirdi?
18:58
2012-ci ildə Azərbaycan kimləri itirdi?
Yer kürəsi daha bir ili geridə qoyub, Yeni İli qarşılamağa hazırlaşır. 2012-ci il ərzində dünya ilə yanaşı Azərbaycanda da itkilər yaşanıb.
Bu itkilərin yalnız bir qismini, əsasən mədəniyyət və incəsənət sahəsində itirdiklərimizi yada salacağıq. Bu il Azərbaycan mədəniyyəti, ədəbiyyatı, elmi çox böyük itkilərlə üzləşib.
Bu sırada ilk itkilərdən biri fevral ayında baş verib. Fevralın 6-da Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulova 71 yaşında xəstəlikdən dünyasını dəyişib. Fevralın 11-də musiqiləri illər, əsrlər boyu seviləcək bəstəkar Elza İbrahimova uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib. Fevralın 15-də Azərbaycanın görkəmli folklorşünas, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, əməkdar müəllim Azad Nəbiyev dünyasını dəyişib.
Martın 15-də tanınmış ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev 82 yaşında vəfat edib.
Aprelin 2-də Azərbaycanın tanınmış fotoqrafı Əjdər Nağıyev səhhətindəki problemlərdən dolayı dünyasını dəyişib. Həmin tarixdə Azərbaycanın tanınmış yazıçısı Oqtay Salamzadə 82 yaşında ölüb. Aprelin 24-də Azərbaycanın tanınmış rejissoru Tariyel Vəliyev 68 yaşında dünyasını dəyişib. Aprelin 30-da isə əməkdar mədəniyyət işçisi, filmlərdə və televiziya tamaşalarında daha çox kiçik rollar oynamış Nəcəf Həsənzadə həyatla vidalaşıb.
Başa çatmaqda olan ilin mayında meyxanaçı Zaur Aşiq 31 yaşında vəfat edib. Mayın 24-də Azərbaycanın xalq artisti Zöhrab Adıgözəlzadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
İyunun 17-də Süleyman Rəhimovun oğlu, tanınmış yazıçı-publisist Şamo Arif 76 yaşında vəfat edib. İyunun 22-də isə Azərbaycanın tanınmış vəkili İsaxan Aşurov ağır xəstəlikdən həyata göz yumub. Avqustun 7-də Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov 84 yaşında vəfat edib. M. Ələsgərov uzun sürən xəstəlikdən sonra Mərdəkanda, bağ evində dünyasını dəyişib. Avqustun 22-də Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova vəfat edib.
Bu il dünyasını dəyişənlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov da var. Noyabrın 22-də isə Azərbaycan teatr və kinosunda əvəzedilməz rolların ifaçısı, görkəmli aktyor Yaşar Nurinin vəfatı bütün ictimaiyyəti sarsıdıb. Sevimli aktyor uzun sürən xəstəlikdən sonra 61 yaşında həyatla vidalaşıb. Noyabrın 22-də Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, iqtisad elmləri doktoru, professor Turan Yazqan 74 yaşında dünyasını dəyişib. Turan Yazqan uzun sürən xəstəlikdən sonra İstanbulda vəfat edib. Noyabrın 30-da Azərbaycanın tanınmış müğənnisi Vidadi Bərdəli 53 yaşında vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub. 11 dekabr tarixində dünya şöhrətli opera müğənnisi, SSRİ xalq artisti, görkəmli dirijor və violonçelçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya 87 yaşında Moskvada dünyasını dəyişib. Azərbaycan televiziyasının ilk qurucularından olan Sərvər Xanhüseyn oğlu Quliyev isə dekabrda 82 yaşında vəfat edib. Rejisor Rafiq Atakişiyev də bu il uzun sürən xəstəlikdən sonra vəfat eləyib. Rusiyada yaşayan tanınmış azərbaycanlı yazıçı və publisist Fərhad Ağamalıyev, gənc yazar Zərdüşt Şəfizadə də bu il itirdiklərimiz sırasındadır.
2012-ci il həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşın, Sovet kinematoqrafiya və teatrının görkəmli simalarından Lyudmila Kasatkinanın, Rusiya Federasiyasının xalq artisti İqor Kvaşanın, görkəmli ozan Neşet Ertaşın, dünyaca məşhur müğənni Uitni Hyustonun, aktyor Michael Clarke Duncanın, aktrisa Sylvia Kristelin, Hindistan əslli virtouz musiqi ulduzu Ravi Shankarın, "Vinni Pux” cizgi filminin müəllifi Fyodr Xitrukun və başqalarının vəfatı ilə yadda qalıb.
Kateqoriya: Show biznes | Views: 354 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP