Bazar, 19.05.2024, 13:23
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 20 » 20 yanvar faciəsindən 23 il ötür
12:56
20 yanvar faciəsindən 23 il ötür
20 yanvar faciəsindən 23 il ötür


20 Yanvar - 1990-da SSRİ Prezidenti Mixail Gorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi. 

20 Yanvar - 1990 Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on doqquz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.



Bir qalanın sirri kimi
Sirli oldu qanlı gecə.
"Humanist” "Qızıl ordu”nu
Ürəklərdən sildi necə...
Quduz canavarlar kimi
Qıcıdaraq dişlərini,
Yeridi şəhər üstünə,
Yeridi insan üstünə.
Silahları sağa-sola,
Yerə-göyə fırlatdılar.
Qarşısına çıxanlara -
Qoca, cavan, körpə uşaq,
Canlı-cansız demədilər,
Gördüklərin məhv etdilər,
Ərşə qalxdı nalə səsi,
Ana!” səsi, "Kömək!” səsi...
"Bala!” - deyib ayaqyalın
Küçələrə qaçana bax!
"Bakı yanır!” harayıyla
Tez özünü yola atan
Ataya bax, oğula bax.
Vətən, gəldim!” harayıyla
Evdən çıxan o ərə bax!
Arxasınca nalə çəkən,
Həyatını məhv eyləyən
Sədaqətli gəlinə bax!
"Aman Allah!” deyə-deyə
Küçələrdə qaçana bax!
Arxasınca açılacaq
"Alabəzək" güllələrdən
Xəbərdardır bu qaçanlar,
"Ordumuzu”, vəhşiliyi
Görüb qaçdı, bu qaçanlar,
Hər tərəfdən güllələrlə
Qarşılaşdı bu qaçanlar.
Küçələrdə izi qaldı,
Səkilərdə izi qaldı,
Ürəklərdə közü qaldı
qaçanların.
Neçə-neçə oğlu qaldı,
Neçə-neçə qızı qaldı
Əliyalın qaçanların.
Adı Azərbaycan ilə
Birgə qaldı qaçanların.
Eyvanlarda duranlara,
Evlərində gəzənlərə,
Güllə atan tanklara bax,
Yolda durub sinəsini
Quduzların tanklarına
Sipər edən igidlərə,
ərlərə bax!
Yaxşı baxın, bir də baxın!
Koroğlular, Cavanşirlər
Yetişdirən yurda bax!
Azğınlaşmış "Qızıl ordu”
Bir cəhənnəm yaratdı, bax.
Qandan göllər yaratdı, bax!
Bakımızın ürəyində
Qanlar axdı igidlərdən.
Sanki Bakı cana gəldi,
Sinəsindən damar-damar
axan qandan.
Azərbaycan ürəyindən
axan qandan.
Ona baxın, yaxşı baxın!
İgid cırıb yaxasını
Durur tankın qarşısında,
"Yol vermərəm
tapdayasan torpağımı!”
Tankı sürən bir an durur,
Gözlərindən qəzəb yağır.
"Oğlandakı hünərə bax,
cürətə bax?”
Göz qırpmadan
qıcıdıb dişlərini
İrəliyə hücum çəkir.
"Vətən!”, "Anam Azərbaycan!”
Son sözlərin deyən oldu.
Bu igidim, bu eloğlum.
Xırçım-xırçım xırçımladı,
Sızım-sızım sızıldadı,
Gizil-gizil gizildədi,
Tırtılların arasında
İgidimin sümükləri.
Axdı isti qızıl qanı
Soyuq asfalt üzərinə.
O, məhv oldu, həlak oldu
Deməyin siz bu igidə.
Bir göyərçin olub uçdu
Azərbaycan göylərinə.
Bir idisə, min-min olub
Girdi yanar ürəklərə.
Şəhid kimi, qardaş kimi,
Sirdaş kimi, oğul kimi
Yaşayacaq böyüklərin,
Kiçiklərin dillərində.
Yetişəcək, böyüyəcək
Anaların o bətnində.
Doğulacaq igidlərim.
Bir körpənin qədəmində,
Bir göyərçin uçuşunda,
Qərənfilin ləçəyində
Yaşayacaq igidlərim,
Şəhidlərim, şəhidlərim!
Kateqoriya: Xəbərlər | Views: 578 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP