12:26 "28 May" metrostansiyasının əsas girişi nə vaxt bağlanacaq? | |
![]() Metropolitendən APA-ya verilən məlumata görə, rekonstruksiya işləri ilə əlaqədar, təmir işləri başa çatdırılana qədər «28 May» stansiyasının əsas girişi (Cəfər Cabbarlı meydanı) yanvarın 21-i, səhər saat 06:00-dan etibarən bağlanacaq. Sərnişinlər bu müddət ərzində «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və «Cəfər Cabbarlı» stansiyasının girişindən («28 May» stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.
«Sərnişinlərin nəzərinə çatdırırıq ki, təmir yalnız giriş hissəsində aparılacağından «28 May» metro stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq. Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir», - deyə müəssisədən bildirilib. Bizim.ucoz.com.br | |
|
Şərhlər: 0 | |