Bazar, 19.05.2024, 14:57
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 19 » Ali məktəb rektorlarına diplomlar verildi
23:40
Ali məktəb rektorlarına diplomlar verildi

Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Təhsil Nazirliyində görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemi haqqında ətraflı məlumat verib, ölkənin dünya təhsilinə inteqrasiya sahəsində uğurlu addımlar atdığını bildirib.

Hazırda Türkiyə ali məktəblərində 4000-dən çox azərbaycanlı gəncin təhsil aldığını nəzərə çatdıran nazir ölkələr arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb.

Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması haqqında fikirlərini bildirib. G.Çetinsaya müasir dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətindən bəhs edib, ali məktəblər arasındakı münasibətlərin inkişafının zəruriliyini vurğulayıb.

Görüşdə Qafqaz Universitetlər Birliyinin üzvü olan Azərbaycan ali məktəblərinin rektorlarına müvafiq diplomlar təqdim edilib.

Bizim.ucoz.com.br

Kateqoriya: Xəbərlər | Views: 534 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP