Bazar, 19.05.2024, 14:57
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 20 » Allahın verdiyi gözəlliyi düzgün dəyərləndirmək
13:05
Allahın verdiyi gözəlliyi düzgün dəyərləndirmək
Allahın verdiyi gözəlliyi düzgün dəyərləndirməkİnsan fitri olaraq, gözəlliklərə meyl edir. O insanlarda ki, zahiri gözəllikləri vardır, istər-istəməz diqqəti cəlb edər və başqalarının rəğbətini qazanarlar.

Gözəllik elə bir İlahi nemətdir ki, cilvəsi qalan İlahi nemətlərdən daha çoxdur. Əlbəttə, bu nemət ola bilər ki, ilk baxışda ancaq zahirə aid olduğu kimi görünsün. Ancaq bu zahiri gözəllyin arxasında daxili bir gözəllyin də olduğunu söyləmək lazımdır.



Həzrət Peyğəmbər (s) buyurur: "Gözəlüzlülərdən davamlı olaraq xeyir istəyin. Çünki üzün gözəlliyi onun nişanəsidir ki, əməlləri də gözəl olar”.

İmam Sadiq (ə) buyurur: "Hər kimdə bu üç sifət olarsa, kamil insan deməkdir. 1. Ağıl. 2. Gözəllik. 3. Gözəl söz danışmaq”.

Ona görə də bu İlahi nemətə ancaq birtərəfli baxmağımız düz olmaz. Belə ki, ancaq zahirə nəzər salmaq insanda təkəbbür yaradar. Əslində bu nemətin gətirdiyi ən böyük bəla - insanın özü ilə öyünməsidir. Nemətin sahibini yaddan çıxartmaqdır.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Gözəlliyin ziyanı - özü ilə öyünməkdir”. Həzrət (s) başqa yerdə buyurur: "Camalın və gözəllyin bəlası - təkəbbürlük etməkdir”.

Təkəbbür insana verilən nemət qarşısında üsyan etmək deməkdir. Bəzi qüdrət əhli deyirlər: «Bu, mənə məxsusdur (mənim öz ləyaqətimə görədir və onun hasil olmasında və istifadəsində heç kəsin əli yoxdur) və güman etmirəm Qiyamət də qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır». ("Fussilət” 50).

Bu xəstəliyi müalicə etməyin iki yolu vardır:

1. Təkəbbür o zaman başlayar ki, insan xəyal edər ki, ona verilənlər iftixar meyarıdır. Yəni, insan xəyal edər ki, onun özündə nəyisə vardır ki, Allah ona belə bir neməti inayət etmişdir. Ancaq əslində insan bunun əksini düşünməlidir və bilməlidir ki, insan aciz və yoxsul bir varlıqıdır və hər nəyi varsa - Xaliqindəndir, özündən deyil. Əgər belə düşünərsə, təkəbbürlük üçün yer qalmaz. "Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil)”. ("Fatir” 15).

2. Bu dünya yersiz xəlq edilməmişdir. Bu dünyanın hər şeyi İlahi hikmət üzərində qurulmuşdur. Ona görə də insan ona verilən hər bir nemət qarşısında məsuliyyət daşıyır. "Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətlər barəsində sorğu-sual olunacaqsınız”. ("Təkasur” 8).

Ona görə də deyə bilərik ki, bizim nəyimiz varsa, Allahdandır. Bütün nemətlər Onun malıdır. Biz ancaq onu gəzdirən varlıqlarıq. Bunlar bizə verilən əmanətdir və biz də zamanı çatanda bu neməti Sahibinə qaytarmalıyıq. Əgər bu düşüncədə olsaq, bir daha təkəbbürlük etmərik.

Gözəlüzlülər bilməlidir ki, bu nemətin ziyanları da vardır ki, ondan qafil olmamalıdır. Neməti qarşısında olan məsuliyyətini yerinə yetirməlidir. Bu məsuliyyət də həya və iffətdir. İmam Əli (ə) buyurur: "Gözəlliyin zəkatı - iffətdir”.

Həzrət (ə) başqa yerdə buyurur: "Həya - hər bir gözəlliyə çatmaq üçün vasitədir”. Ona görə də o şəxs ki, zahiri gözəlliyə malikdir, başqa gözəlliklərə çatmaq üçün iffətə riayət etməlidir. Əgər belə olmasa, həm bu dünyada və həm də axirtədə ziyana uğrayar.

Bu nemətin şükrü odur ki, onu insanların Allaha tərəf hidayət olmasında qərar versin. İlahi peyğəmbərlər (ə) gözəl olmuşdular. Bu da insanların onlara tərəf cəlb olmasına səbəb olmuşdu. Onların bu əlaqəsi hidayət olmaları üçün zəminə yaratmışdır. Əgər Allah peyğəmbərlərini çirkin insanların içərisindən seçsəydi, onların insanlar arasındakı təsiri çox zəif olardı. İnsanlar onun dəvətini olduğu kimi qəbul etməkdə zəiflik göstərərdilər.

Mövləvinin belə bir hekayəti vardır: "Bir gün alimlərdən biri gəzmək üçün səhraya gedir. Orada bir tovuzquşu görür ki, tüklərini yolur. Alim bə məsələdən narahat olur və onun səbəbini soruşur. Ona deyir: "Necə razı olursan ki, bu cür zivəri özündən uzaqlaşdırırsan, yerə atırsan? Heç bilirsənmi ki, Quran qariləri bu tükləri Quranın arasına qoyurlar? İnsanlar arasında sənin lələklərinin qiyməti çox böyükdür”.

Tovuzquşu cavabında deyir: "Ey alim! Heç bilirsənmi ki, bu gözəl lələklərimə görə insanlar tərəfindən başıma nə bəlalar gəlir? Onların tamahkarlığına görə hansı çətinliklərə düşürəm?””.

Bu əhvalatdan göründüyü kimi, dünya nemətlərinə bel bağlamaq lazım deyildir. Onların ən gözəlləri ilə belə, fəxr etmək yersizdir. Çünki gözəl nemət təbii olaraq başqalarının tamahkarlığına məruz qalar. İnsan üçün çox sayda probelmlər yaradar. Ancaq insan iffətini qoruyaraq, Həzrət Yusif (ə) kimi bu gözəlliyinə görə günaha batmaz, Allahın verdiyi bu nemətin haqqını iffət və həyası ilə verər.
Kateqoriya: İslam | Views: 1047 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 3
3 TerryHarne  
0
Hello from Kiddishop.

2 HenryChedy  
0
SEO-оптимизация и продвижение сайта - это важный аспект успешного бизнеса в интернете.
Хрумер - это инструмент для автоматизированного поиска контента и создания ссылок на ваш сайт.
Использование хрумера может помочь вам улучшить видимость вашего сайта в поисковых системах,

SEO-оптимизация сайта включает в себя множество аспектов, таких как создание качественного контента,
оптимизация метатегов, улучшение структуры сайта, создание ссылочной массы и т.д.
Хрумер может использоваться для создания ссылок на ваш сайт,
но это не является единственным способом оптимизации и продвижения сайта.

Заказать сео оптимизацию и продвижение вашего проэкта можно у нас в телеграмм @pokras777 либо в скайпе pokras7777

так же присаединяйтесь к нам в группу ====>>> https://t.me/bazixrumer ответим на все интересующие вас вопросы
так же можно <a href=https://seoprofisional.ru/bazy/progon-xrumer>заказать прогон xrumer</a> отдельно цена расчитавается индивидуально

1 Servis baku  
0
https://www.servisbaku.info

Имя *:
Email *:
Код *:
myWAP