Ana Səhifə »
2012 » Dekabr » 29 » Allahşükür Paşazadə Moskva və Bütün Moskva Patriaxını təbrik edib
14:13 Allahşükür Paşazadə Moskva və Bütün Moskva Patriaxını təbrik edib |
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə Moskva və Bütün Moskva Patriaxı Kirili təbrik edib. Bu barədə islam.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
A.Paşazadənin təbrikində deyilir: "Sizi və rus provaslav kilsəsinin ardıcılllarını Milad və Yeni il bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edir, Zati müqəddəslərinizə və bütün rus xalqına can sağlığı uğurlar və Uca Yaradandan rəhmət diləyirəm. Bu gün biz provaslav qardaşlarımızla bərabər müsəlmanlar üçün də müqəddəs olan İsa Peyğəmbərin Milad gününü sevincini bölüşürük. Böyük Milad bayramı bizim məhsuldar əməkdaşlığımızın nəticələrindən məmnunluğu, eləcə də Vahid Yaradanın razı qalacağı bu münasibətlərin bundan sonra da davam etdirmək əzmini ifadə etmək üçün gözəl bir fürsətdir. Əminəm ki, Sizinlə - bütün inanclı insanlar arasında böyük nüfuza malik liderlər, əzm və qərarlıqla problemlərdən çıxış yolu axtaran və bəşəriyyət naminə dinlərarası dialoqa böyük töhfələr verən bir dini rəhbərlə birgə bu xeyirxah məqsədlərimin həyata keçməsinə nail olacağıq. Vahid Yaradana dualar edərək xeyirxah idaların reallaşması naminə göstərdiyiniz xidmətlərə xeyir dua verməsini, Sizə cansağlığı, Patriaxlıqda uzun illər xidmət göstərməyinizi arzu edirəm".
|
Kateqoriya: İslam |
Views: 370 |
Artırmaq: sindibad022
| Reytinq: 0.0/0 |