Bazar, 15.06.2025, 15:18
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Aprel » 22 » Anamizin qedrin bilek !
00:18
Anamizin qedrin bilek !

Anamizin qedrini bilek!


Anam! Niyə bu qədər çox sevirsən məni,

əziz

anam?Niyə mənim kədərimə kədərlənib,

sevincimə sevinirsən? Sənin öz sevincin,

kədərin yoxdurmu? Niyə mənim

həyatımçün, xoşbəxtliyimçün

yaşayırsan,ana! Sənin öz həyatın

yoxdurmu?

Mən ac olanda ac

olursan, tox olanda tox. Niyə? Sənin öz

nəfsinmi yoxdu,ana?! Niyə bu qədər çox sevirsən məni? Səni sənin qədər sevə

bilmədiyimi, sənə mənə

yandığın qədər yana bilmədiyimi bilə-bilə,

niyə

bu qədər sevirsən məni? Gəncəm..."gəncl

iyini doyunca yaşa,ailə həyatının yükü yorar

səni,hələ bacarmazsan”

deyirsən. Bəs sən? Sənin gəncliyin

olmadımı, ana?! Sən ki, tez aldın o yükü

çiyinlərinə,yaş amadın gəncliyini.Yoxs a

yenə məni düşündün,mən dünyaya gələm məni

sevəsənmi deyə?Yoxsa, dünyaya

gəlmədiyim

vaxtdanmı sevmişdin məni,mənə

qovuşmaq

üçünmü mənə yaşatmaq istədiyin gəncliyi özün yaşamadın? Məndə sevdim səni...

Amma başqasını da sevdim. Səndən çox

düşündüm onu, ağladım onun

üçün.Gözlərimin

dolmasını belə istəmədiyin mən,

ağladım... Hiss etdin bunu bəlkə də,sən də ağladın.Amma mən başqası üçün,sən

mənim

üçün...Niyə?

Ürəyini görmək istərəm, qəlbinə girmək,

orda

tutduğum yeri görə bilməkçün.Kiməm orda varlığım sənin üçün

nə deməkdir ki,bu qədər çox sevirsən

məni,ana! Bilirəm Allah verib bu sevgini

sənə,səni mənim üçün yerdə yaşayan

mələk

olaraq göndərib... İndi yoxsan yanımda...

Səni istəyirəm, darıxıram sənsiz.

Qayğın üçün,mehriban səsin üçün, mənə

mərhəmətlə baxan gözlərin üçün,səni

incidəndə belə mənə sığal çəkən əllərin

üçün çox darıxıram, məlhəmim anam! Bilirəm

ki,sən

də məni istəyirsən,məni m üçün darıxırsan.

Amma mən öz rahatlığım üçün,

qollarında cənnəti tapmaqçün istəyirəm

səni.Sən yenə mənə rahatlıq vermək üçün, yenə məni

düşündüyün

üçün istəyirsən məni,

ana!

Sənin sevginə qarşılıq verə bilməmək əzab

verir mənə.Sevmə məni... Bu qədər sevmə. Sevginə haqsızlıq

edirəm,ana!Səni n qədər sevə bilmirəm

səni...Ya öyrət mənə sənin məni sevdiyin

kimi

sevim səni,ya məndən səni sevdiyim kimi

məni sev

Kateqoriya: Maraqlı | Views: 14336 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP