11:03 Antiterror faciəsi: 43 girov həlak oldu | |
![]() İslamçılar ölkənin şərqindəki kompleksdə, hələ də, onlarla girovu saxlayırlar.
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, 60 girovun taleyi bilinmir. Onların, hələ də, yaraqlıların əlində olduğu vurğulanır. "Əl Jazeera" Əlcəzair Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsinin həyata keçirdiyi əməliyyat zamanı bu girovların həlak olduqlarını xəbər verib. Əlcəzairin APS dövlət informasiya agentliyi antiterror əməliyyatı zamanı 650 girovun, o cümlədən 573 əlcəzairlinin azad edildiyini bildirib. 8 norveçli, 10 yapon və 30 britaniyalının taleyi bilinmir. ABŞ-ın müdafiə naziri Leon Panetta girovlar arasında amerikalıların olduğunu da söyləyib. İslamçılar amerikalı girovları Əlcəzair həbsxanasında saxlanan iki radikal islamçı ilə dəyişməyi təklif edirlər. Yaraqlıların lideri Moxtar Belmoxtarla amerikalıların danışıqlar aparacaqları şübhəlidir. Terror aktı Liviyada hazırlanıb. Qətlə yetirilmiş 18 yaraqlı arasında Liviya, Kanada, Misir vətəndaşları var. "İslam ədaləti uğrunda səhra oğulları" qruplaşmasının lideri Əbu əl Bəraa da qətlə yetirilib. "Hücumun başlanması ilə bağlı bizə əvvəlcədən xəbər verilməməsinə həddən artıq təəssüflənirik. Lakin oradakı insanların böyük təhlükədə olduqlarını anlayırıq. Əlcəzairli hərbçilər də problemi həll etmək üçün əllərindən gələni edirlər", - Britaniyanın baş naziri Devid Kemeron deyib. Terrorçuların əlindən qurtulmağı bacarmış girovların dediklərinə görə, Əlcəzair ordusunun Mi-5 və Mi-6 helikopterləri yaraqlıların girovları daşıdıqları maşınları atəşə tutublar. 5 maşından 4-nə raketlər buraxılıb və onlar partlayaraq yanıblar. Bizim.ucoz.com.br | |
|
Şərhlər: 0 | |