09:23 Artıq kədərlər yuxuda silinəcək | |
![]() Movqe.az xəbər verir ki, iki sevgilinin bir-birlərinə dair pis xatirələrini yaddaşlarından sildirdiği "Eternal Sunshine of the Spotless Mind" filmi real olub. Belə ki, ABŞ-dakı Standford Universitetinin alimləri yuxu əsnasında yaddaşlarından pis xatirələri silən dərman kəşf etdirdiklərini bildirib. Holivud istehsalı "Eternal Sunshine of the Spotless Mind" filmini xatırladan araşdırma siçanlar üzərində aparılıb. Yuxuya getmədən dərhal əvvəl dərman verilən siçanlar, yuxuda jasmin qoxusuna məruz qalıb. Siçanlar, oyandıqdan sonra jasminə qarşı heç bir reaksiya göstərməyib. Elm adamları, sözügedən dərmanın insanlar üçün etibarlı olmadığını, lakin hazırki dərmanların eyni şəkildə istifadə edilə biləcəyini ifadə edib.
mənbə: movqe.az | |
|
Şərhlər: 0 | |