11:20 Aygün Kazımova ilə Eltonun duet qalmaqalı | |
![]() Xəbər verdiyimiz kimi, bəstəkar Zülfi Bədəlov bir müddət əvvəl Aygün Kazımova ilə Eltonun ifa etdiyi "Yağış” adlı duetin plagiat olmasını iddia edib.
Zülfi Bədəlov mahnının əsl müəllifinin özü olduğunu, bir vaxtlar birlikdə çalışdığı şəxsin onun bəstələrini oğurlayıb öz adından satdığını etiraf etmişdi. Xalq artisti Aygün Kazımova isə öz növbəsində bu mahnının ona Elton tərəfindən təqdim edildiyini bildirib. Məsələylə bağlı müğənni Eltonun prodüseri Anar Mədətovla əlaqə saxladıq: "Bu söhbət ortaya çıxanda mahnının müəllifi Ruhinlə əlaqə saxladım. O da bəstənin Müəllif Hüquqlarından keçirilmiş sənədlərini mənə göstərdi. Biz Zülfi Bədəlov adında bəstəkar tanımırıq. Mahnını bizə Ruhin hədiyyə edib, ilk dəfə də ondan eşitmişik. Bu gün bəstəkarlarımızın əksəriyyəti plagiatlıqla məşğuldur. Korifeyləri çıxmaq şərtilə hamısı oğurluq mahnılar yazırlar. Hansısa serialda romantik akkordlar eşidirlərsə, götürüb mahnı bəstələyirlər. Əgər belədirsə, onda gərək heç bir bəstəkardan mahnı almayaq. | |
|
Şərhlər: 0 | |