23:53 Ayşvariya Ray əvvəlki gözəlliyini bərpa edib | |
![]() Bollivud ulduzu qızı doğulandan bəri ilk dəfə mətbuat konfransı verib.Bollivud aktrisası və keçmiş "Dünya Gözəli" Ayşvarya Ray son aylarda ilk dəfə mətbuat qarşısına çıxıb. Mumbay şəhərində film mükafatının açılışından əvvəl mətbuat konfransı keçirən gözəl aktrisanın yenə formada olduğu diqqətdən yayınmayıb. Belə ki, Ayşvarya Ray 2010-cu ildə qızını dünyaya gətirdikdən sonra xeyli kökəlmişdi və o vaxtdan etibarən heç bir filmdə çəkilməyib. Son zamanlar ictimaiyyət arasına çıxmağa başlayan aktrisanın artıq çəkilərdən qurtulduğu və əvvəlki bədən quruluşunu bərpa etdiyi diqqət çəkib. 38 yaşlı aktrisa bu yaxınlarda BMT-nin HİV və QİÇS üzrə xoşməramlı səfiri elan edilib. O, həmçinin "L`Oreal" mətbuat katibidir. Qeyd edək ki, Ayşvarya Ray dünya şöhrətli hind aktyor Amitab Baççanın oğlu Abişek Baççanla evlidir. | |
|
Şərhlər: 0 | |