Bazar, 19.05.2024, 13:05
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 19 » Azərbaycan Minsk Qrupundan şikayət edəcək
23:19
Azərbaycan Minsk Qrupundan şikayət edəcək

Parlament Assambleyasının (PA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Minsk Qrupunun son illər Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəaliyyətsizliyi müzakirə olunacaq.

Bu barədə açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib.

Sessiya çərçivəsindəki müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsini də yenidən gündəmə gətirəcəklərini deyən B.Muradova qeyd edib ki, hər dəfə qurumda təmsil olunan əksər dövlətlərin nümayəndələri münaqişənin tezliklə həll olunmasının vacibliyini vurğulayaraq, bunun ATƏT məkanında ən ağrılı problem olduğunu qeyd edirlər: "Ona görə də təbii olaraq bu məsələ yenidən gündəmə gətiriləcək. Gündəlik hələ açıqlanmasa da, biz tərəfindən bu məsələ, danışıqların gedişi və s. komitə iclaslarında gündəmə gətiriləcək”.

B.Muradova bildirib ki, bu dəfə münaqişənin həllində yeganə vasitəçi olan Minsk Qrupunun fəaliyyətsizliyi müzakirələrdə xüsusi vurğulanacaq: "Çalışacağıq ki, bu neçə ildə vasitəçilərin hələ də bir nəticəyə gələ bilməməsi daha geniş müzakirə obyekti olsun və bir qərar verilsin”.

B.Muradova deyib ki, hər dəfə vasitəçilər istər ölkələrində, istərsə də münaqişə iştirakçısı olan ölkələrdə seçkiləri bəhanə edib danışıqlardakı ləngiməyə bunu səbəb kimi göstərirlər: "Amma nəzərə alsaq ki, istər vasitəçi ölkələrdə, istərsə də münaqişə tərəflərində müxtəlif illərdə seçkilər keçirilir və bu, danışıqların ləngiməsi üçün səbəbdir, o zaman heç münaqişənin həlli üçün danışıqlardan danışmağa dəyməz. İndi bizim tənqidlərə cavab olaraq yenə cavab verəcəklər ki, ötən il vasitəçi ölkələrdəki seçkilərlə bağlı durğunluq ili olub, bu il də münaqişə tərəflərindəki seçkilərlə bağlı durğunluq gözlənilir və sair. Ona görə də biz onların bu cavablarına indidən hazırlaşırıq”.

Qeyd edək ki, ATƏT PA-nın növbəti qış sessiyası fevralın 21-22-də Vyanada keçiriləcək.

APA

Kateqoriya: Xəbərlər | Views: 483 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP