Bazar ertəsi, 16.06.2025, 01:00
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 8 » Azərbaycanlı müğənni: "Məni şantaj edirlər"
11:22
Azərbaycanlı müğənni: "Məni şantaj edirlər"
Azərbaycanlı müğənni: "Məni şantaj edirlər"


Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Emre Aydın noyabr 17-də Bakıda "Buta Palace” səhnəsini müğənni Leyla Ramazanlı ilə birlikdə bölüşüb. Konsertdən 3 ay sonra isə təşkilatçı Əli Hüseynov AzNews.az-a açıqlama verərək bildirib ki, L.Ramazanlı ona 10 manat qonorar ödəməli olduğu halda, bu günə qədər heç nə ödəməyib. Üstəlik, Ə.Hüseynov komada olduğu zaman müğənni Leyla Ramazanlının anası, Bədayə Ramazanova 10 min manatın 2 min manatını digər təşkilatçı şirkətə verdiyini deyib. Nəticədə təşkilatçı qarşı tərfədən 8 min manat tələb edir.

Məsələylə bağlı Leyla Ramzanlı ilə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamsında Ə.Hüseynovun dediklərini yalan adlandırıb və bildirib ki, onun heç kimə borcu yoxdur: "Onun nə açıqladığını deyə bilmərəm. Amma qısa və konkret onu deyəcəyəm ki, mənim heç kimə borcum yoxdur. Məndən kim pul qopartmaq istəyirsə, bunu edə bilməyəcək. Çünki mənim heç kimə veriləsi pulum yoxdur. Bu məsələdə anamın heç bir rolu olmayıb. Sadəcə bilmirlər ki, yanıma kimi qatsınlar. 

Onu demək istəyirəm ki, Əli öz borclarını qaytarsın. Mənim reklama, bilboarda bir qəpik də olsa, borcum yoxdur. Burada çox qərəzli söhbət gedir. Yalan söhbətdir. Belə bir şey olmayıb. Mən ona bir qəpik də verməmişəm, verəndə deyiləm. Sadəcə olaraq, öz borclarını kiminsə üstünə yıxmaq istəyir. Bu insan durduğu yerdə pul qazanmaq istəyir. Mən heç kimə söz verməmişəm ki, pul verəcəyəm. Lazım olsa, qanun çərçivəsində də danışa bilərəm”.

L.Ramazanlı Ə.Hüseynovun B.Ramazanovayla telefon danışığına da münasibət bildirib: "Mən dinlədim və çox gülməyim gəldi. Hazırda polisə gedirəm. Bu, artıq şantajdır. Burada reklamın, bilboardların pulu olub. Əli anama zəng edib demişdi ki, Bədayə xanım, pulu nə vaxt götürək. Biz isə ona dedik ki, buyurun, gəlin götürün. O, gəlməyəcəyini dedi və biz hiss etdik ki, o, 1500-2500 manatın deyil, 10 min manatın arxasınca düşüb. Bu məsələni şişirdir ki, 10 min manatı alsın. Mən pul verən deyiləm. Qanun yolu ilə cavab verər. Mənim şəxsiyyəıtimi, ləyaqətimi təhqir etməyə heç kimin ixtiyarı yoxdur.
Kateqoriya: Show biznes | Views: 425 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP