12:41 Azərbaycanlılar il ərzində hansı kitabları oxuyublar? | |
Qanun Nəşrlər Evi” 2012-ci ildə ən çox satılan 50 kitabı müəyyən edib. Publika.Az-a verilən məlumata görə, 50 kitabın əksəriyyəti tərcümə ədəbiyyatıdır. Yerli yazarlardan Fərman Kərimzadə, Çingiz Abdullayev və Güntay Gəncalpın kitabları əlliliyə daxil olub. İlin ən çox alınanı- dünyanın 170 ölkəsində, 75 dildə, 140 milyondan çox satılan Paulo Coelhonun "11 dəqiqə” kitabıdır. Əlliliyə il ərzində ən azı 500 ədəddən çox satılan kitablar salınıb. Siyahını təqdim edirik: 1. "11 dəqiqə" - Paulo Coelho 2. "Məhəbbət 3 il yaşayır" - Fredrek Beqbeder 3. "P.S. mən səni sevirəm"- Cecelia Ahern 4. "Kimyagər"- Paulo Coelho 5. "Sirr" – Ronda Bern 6. "Rio-pyedranın sahilində oturdum və ağladım"- Paulo Coelho 7. "Da vinçi şifrəsi" - Dan Brown 8. "Norveç meşəsi" - Haruki Murakami 9. "100 ilin tənhalıq"- Qabriel Qarsia Markes 10. "Komitet 300"-John Coleman 11. "Bir gün"-David Nicholls 12. "Aşk"- Elif Şafak 13. "Dərdimə şərik ol"- Çingiz Abdullayev 14. "Hüzünlü fahişələrim"- Qabriel Qarsia Markes 15. "Məntiq qaydaları"- Çingiz Abdullayev 16. "Roksalana"- Pavel Zaqrebelniy 17. "Sənin qar üzərində izinlə"- Qabriel Qarsia Markes 18. "Şah və sultan"- İskəndər Pala 19. "Necə dost qazanmalı" - Dale Carnegie 20. "Əli və Nino"- Qurban Səid 21. "Cinayət və cəza"- Dostayevski 22. "Parfümer"- Partick Süskind 23. "Yalan nöqtəsi"- Dan Broun 24. "Xaç atası"- Mario Puzzo 25. "Qumarbaz"- Dostayevski 26. "Çərpələnguçuran"- Xalid Hüseyni 27. "Totem və tabu"- Siqmund Freyd 28. "Böyük şahmat taxtası"- Z.Bjezinski 29. "İskəndər"- Elif Şafak 30. "Əmir Teymurun vəsiyyətləri" 31. "Qiraətçi"- Berhard Şlink 32. "Səfəvilər"- Güntay Gəncalp 33. "Sofinin dünyası"- Jostein Gaarder 34. "Ali i nino"- Kurban Said 35. "Masonluq-dünyanın hörümçək toru" - Sultan Məmmədov 36. "Zərdüşt belə deyirdi"- Friedrich Nietzsche 37. "M.Ə.Rəsulzadənin Stalinə ixtilal xatirələri" 38. "Yekun diaqnoz"- Çingiz Abdullayev 39. "Eşq və başqa cinlər"- Qabriel Qarsia Markes 40. "Heyvanıstan"- Corc Oruell 41. "Qızılgülün adı"- Umberto Eko 42. "Mələklər və iblislər"- Çingiz Abdullayev 43. "Gözlənilən bir qətlin tarixçəsi"- Qabriel Qarsia Markes 44. "Xudafərin körpüsü"- Fərman Kərimzadə 45. "Qar"- Orxan Pamuk 46. "Martin İden"- Cek London 47. "Sevmək sənəti"- Erik Fromm 48. "Patriarxın payızı"- Qabriel Qarsia Markes 49. "Cihad"- Mixail Krisin 50. "1984" - Corc Oruell | |
|
Şərhlər: 0 | |