23:15 “Azercell”dən cavab, yoxsa reklam cəhdi? | |
![]() "Azercell Teleсom” MMC-nin mətbuat xidmətinin mövqeyini, onların istədiyi kimi, dəyişikliksiz və təhrifsiz təqdim etdik. Amma bu, şirkət təmsilçilərinin ağızdolusu danışdıqları korporativ etika, dürüstlük və əxlaqlılıqdan çıxış edərək bizə onların növbəti reklam hücumuna cavab verməyə mane olmur. Bəli, məhz reklam hücumu. Çünki guya saytımızda dərc olunan məqaləni təkzib edən və onlarla bağlı narazılığını ifadə edən "Azercell Teleсom” MMC mətbuat xidməti öz mövqeyini ictimaiyyətin nəzərinə çatdırmaqdan daha çox, növbəti dəfə potensial müştərilərinə ayrı-ayrılıqda təqdim olunan məshulların məziyyətlərini sadalamağa çalışıb. Şirkətin məktubunda necə yazılıb? "Reklamın fəlsəfəsi də elə məhz məhsulu təşviq etməkdir, burada da hər hansı bir qəbahət yoxdur”. Bəli, elədir. Fəlsəfə – dərindir, amma orada əks olunan konsepsiyanın realizə üsulları daha yaxşısını arzulamağa imkan verir… "Azercell Teleсom” MMC məhz nədən narazıdır? Ondan narazıdır ki, şirkətin fəaliyyəti mədhiyyə janrında təsvir olunmayıb, oxucuya sadə dildə təqdim olunur və onlara baş verənləri anlamağa kömək edir. ""Azercell”in tarif siyasəti: Bizi necə aldadırlar? –ARAŞDIRMA” yazısında deyilir: "Əksər reklam aksiyalarının məqsədi adi istehlakçıları cəlb etmək, onları maraqlandırmaq, kampaniyaya qoşulmağa vadar etmək, danışığın müəyyən hissəsinə görə azca pul ödəyib, sonra ondan kifayət qədər pul qırmaqla guya ona həmin danışığın pulsuz dəqiqələrini təqdim etməkdir”. Məgər "Azercell Teleсom” MMC ölkədə ən yüksək mobil danışıq tariflərinin ona məxsus oluğunu təkzib edəcək? Məgər "Azercell Teleсom” MMC-nin tariflərinin MDB ölkələrindəki analoji operatorlarınkından yüksək olmasını ictimaiyyətə çatdırmaq korporativ etika, dürüstlük və əxlaqlılıq anlayışı altına sığmırmı? Bu cür fərqin səbəbi nədir? Nə üçün şirkətin mətbuat xidməti öz tariflərini əsaslandırmır, onları digər ölkələrin tariflərilə müqayisə etmir və bizim yazdıqlarımızın təkzibini dəlillərlə vermir? Axı o zaman oxucu "Azercell Teleсom” MMC-nin heç də "bu mobil operatorun xidmətindən Azərbaycanda tətbiq etməyi özlərinə rəva bildikləri yırtıcı şərtlərdə” fəaliyyət göstərmədiyi barədə dəqiq nəticəyə gələ bilər, özünü təxəyyülünün ixtiyarına buraxmış, şirkətə əsassız hücum etmiş jurnalist isə haqsız çıxardı. Bircə fakt, bircə rəqəm belə yoxdur… yalnız guya onları əsassız ittiham etmiş jurnalistin ünvanına əsassız ittihamlar. Nə üçün "Azercell Teleсom” MMC çox sadə həqiqəti inkar edə bilmir? Axı ""Azercell”in tarif siyasəti: Bizi necə aldadırlar? –ARAŞDIRMA” məqaləsində deyilir ki, şirkət Gəncədə aksiya keçirib və orada insanlar guya pulsuz "Samsung”telefonu əldə edə bilərlər və dərhal sual olunur: bu telefonlar xaricdə neçəyədir və onlar Azərbaycanda "Azercell Teleсom” MMC abonentlərinə real manatlarla neçəyə başa gələcək. Bu aksiyanın məziyyətlərini sadalamaq yerinə – bu isə reklam tryukudur – mətbuat xidməti, sadəcə, rəqəmlər gətirə bilərdi. Məsələ də həll olunardı. Oxucu özü qərar verərdi ki, müqəssir kimdir: bu barədə yazan, "Azercell Teleсom” MMC-yə kəskin suallar verən jurnalist, yoxsa görünür, həqiqətən də, fəaliyyəti "pul qırmaq”, "qazanmaq”, "fırıldaqçılıq oyunları” kimi ifadələrə sığan "Azercell Teleсom” MMC? Hörmətlə, | |
|
Şərhlər: 0 | |