Bazar, 14.12.2025, 02:04
Приветствую Вас, Гость
Ana Səhifə » 2012 » Dekabr » 29 » Bakıda pulsuz konsert olacaq
22:38
Bakıda pulsuz konsert olacaq
Bakıda pulsuz konsert olacaq


Yeni İl və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə pulsuz konsert təşkil olunacaq. Bu barədə AzNews.az-a konsertin təşkilatçısı Samir Xattab məlumat verib. 

O, bildirib ki, Yeni İl ərəfəsində arzu edən hər kəsə, həm də pulsuz mükəmməl istirahət və bayram əhval ruhiyyəsi bəxş edəcəyik: "Tədbirdə canlı musiqi, DJ Party, bol – bol hədiyyələr vəd edilir. 

Tanınmış aparıcı Samir Bayramlının idarəçiliyi ilə baş tutacaq "Möhtəşəm Yeni İl konserti” adlı şou-proqramda müğənnilər Xuraman Şuşalı, Dj China, Anar Nağılbaz, Promete – HOST, Əkbər, KQB (Kamal QaraBasma), Sevinc Ağaşirinova, Dj Ruaz, Dj Seym, Elvin Abbasov, Vusal Bayramov, Lalə Abbasova, "Avantaj” qrupu, "Break Dance” qrupu iştirak edəcək”.

Təşkilatçı onu da qeyd edib ki, "Möhtəşəm Yeni İl konserti” adlı konsert proqramı dekabrın 30-da saat 15:00-da Bakının ticarət və əyləncə mərkəzlərinin birində baş tutacaq.
Kateqoriya: Show biznes | Views: 355 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP