21:33 Bakıda sərnişin avtobusu faciə törətdi - YENİLƏNİB | |
29.12.201211:37 Dünən Bakıda avtobusun vurduğu qadının şəxsiyyəti məlum olub. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dekabrın 28-i saat 08:20 radələrində M.Cəlal küçəsində Bakı şəhər sakini Turab Quliyev idarə etdiyi "İveco” markalı avtobusla Könül İsrafilzadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Milli.Az-ın əldə etdiyi məlumata görə, K.İsrafilzadə övladını uşaq bağçasına qoyaraq işə tələsirmiş. ------------------ 28.12.2012 10:59 Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında 9-cu mikrorayon ərazisində, Mir Cəlal küçəsində sərnişin avtobusu gənc qızı vurub. Zərbə piyada üçün ölümcül olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
| |
|
| |
| Şərhlər: 0 | |
29.12.2012