19:43 Bentley-dən yeni Continental GT Speed | |
![]() İkinci nəsil avtomobilin mühərriki cəmi 6 a.g. daha güclü oldu, lakin 100 km/saata sürətlənmə isə demək olar ki, yarım saniyə azalaraq 4.4 saniyə oldu.Ümumilikdə, demək olar ki, möhtəşəm kabrioletin sükanı arxasında bir çoxları oturmaq istərdilər.
Milli.Az Auto.az-a istinadən bildirir ki, Detroyt avtosalonunun növbəti təqdimatı yeni kabriolet "Continental GT Speed” oldu. Növbəti yeniliyi pərəstişkarlarına təqdim edən britaniya markası özünün ən məşhur modelinin nəslini yeniləməyi davam edir (xatırladaq ki, ötən nəsil "GT” və "GT Speed”-lə yanaşı güclü "Supersports” modifikasiyası da var idi). Hələr salonun açılışından əvvəl "Bentley” kabriolet üçün ən vacib rəqəmləri elan etdi: 616 a.g.-ü yığan 12-silindirli, 6-litr həcmli mühərrik. O 325 km/saat maksimal sürət yığır və "yüzlüyə” 4,4 saniyəyə çatır. Bu gün markanın nümayəndələri bəzi məlumatlar verdilər: xüsusilə, avtomobilin asması daha bərk oldu, yol səthi ilə məsafə 10 mm azaldı, cəld sürətlənmə zamanı sürət qutusunda ötürmə yuxarıdan aşağı keçirildiyi zaman 8-pilləli qutu daha tez işlədi. Qənaətcilləri yanacaq sərfiyyatının 15% azalması (enerjinin rekuperasiyası sistemi sayəsində), audio- və kinofillərin isə əyləncə sistemində disk tutumunun 15Gb-a qədər artması xəbəri sevindirəcək. | |
|
Şərhlər: 0 | |