Bazar ertəsi, 16.06.2025, 00:41
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 10 » Bir ildə Qəbələ 45 min 500 turisti qarşılayıb
11:24
Bir ildə Qəbələ 45 min 500 turisti qarşılayıb
img

Qəbələ rayonuna gələn turistlərin sayı son 4 ildə üç dəfə artıb. Qəbələ rayon mədəniyyət və turizm şöbəsindən 2012-ci ildə Qəbələ rayonuna gələn yerli və xarici turistlərin sayı 45 min 500 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 9650 nəfər çoxdur. Turistlərdən 31 min 350-i yerli, 14 min 150 nəfəri isə xarici vətəndaşdır. Qonaqların 38 min 500-ü müxtəlif turizm obyektlərində istirahət edib, 5400-ü işgüzar səfərdə olub, 1600-ü isə sanatoriyada müalicə olunub. 

Məlumata görə, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə isə ondan iki dəfə çox, yəni, 29 min 855, 2010-cu ildə 30 min 450, 2011-ci ildə 35 min 850 turist gəlib. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir.
Kateqoriya: Maraqlı | Views: 347 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP