08:36 Bu günün hava proqnozu | |
![]() Milli.Az AzərTAC-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. Gecə və səhər duman, axşam yağıntılı olacağı, sulu qar, gecəyə doğru yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir.
Temperatur gecə 0-2 dərəcə isti, günün birinci yarısında 5-7, axşama doğru 2 dərəcəyə yaxın isti olacaq. Bakıda gecə 0-2, günün birinci yarısında 5-7, axşama doğru 2 dərəcəyə yaxın isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Temperaturun gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperaturun gecə 2-7 dərəcə şaxta, gündüz 1-4 dərəcəyədək şaxta olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Axşama doğru bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 11-15, gündüz 1-6 dərəcə şaxta olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüzdən başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüzdən başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda qar yağacağı gözlənilir. Temperaturun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-7, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir. Milli.Az | |
|
Şərhlər: 0 | |