Bazar ertəsi, 16.06.2025, 14:47
Приветствую Вас, Гость
Ana Səhifə » 2012 » Dekabr » 31 » Bu günün hava proqnozu
12:51
Bu günün hava proqnozu

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 30-dan 31-nə keçən gecə bəzi yerlərdə havanın yağıntılı olacağı, az qar yağacağı, səhər tədricən kəsiləcəyi, 31-də günün ikinci yarısından başlayaraq, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-2 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq.
Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 6-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz ,əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi, günün ikinci yarısından, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağıntılı olacağı, sulu qar, dağlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi, günün ikinci yarısından, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Kateqoriya: Xəbərlər | Views: 354 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP