10:12 Bu günün hava proqnozu | |
![]() bizim.ucoz.com.br AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, soyuq, küləkli, axşam yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq. Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 757 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 85-95 faiz , gündüz 70-80 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 0-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazrayonlarında arabir qar yağacağı gözlənilir. Temperatur gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə yağıntılı olacaq. Temperatur gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Temperaturun gecə 0-2 dərəcə isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir. | |
|
Şərhlər: 0 | |