10:48 Bu günün hava proqnozu | |
![]() Milli.Az-dan aldığımız məlumata görə Milli.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.
Temperatur gecə 2-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq. Bakıda gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 55-65 faiz təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz olacağı gözlənilir. Temperaturun gecə 9-14 dərəcə, dağlıq ərazilərdə 16-20 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Temperaturun gecə 1-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. Bizizm.ucoz.com.br | |
|
Şərhlər: 0 | |