20:07 Dahilər deyibki | |
AĞRI-ACI: 1. Almaz necə yonulmadan qüsursuz ola bilməzsə, insan da acı çəkmədən yetişkinləşə bilməz. KONFUTSİ 2. Ən şirin mahnılar ən acı duyğuları dilə gətirənlərdir.SHELLY 3. Köməyə çağırdığım şey ağrılardır. Çünki onlar dostdur və yaxşı nəsihət verərlər. GOETHE 4. Keçmişdəki ağrılarımıza gülümsəyərək baxdığımız zaman böyümüşük deməkdir. KHIEW 5. Yoxsulluq içində, xoşbəxt anları xatırlamaqdan daha böyük bir dərd yoxdur. DANTE 6. Böyük bir acıı içində olduğumuz zaman, yox olmağı vəhşi bir zövqlə düşünürük. FOUQUET 7. Öz dərdimiz, bizə başqalarınınkını bölüşməyi öyrədər. GOETHE 8. Heç bir zaman acı çəkməmək, böyük bir ağrıdır. ÇİÇERO 9. Keçmişdə çəkdiyimiz ağrılar bizə, hal hazırda çəkdiyimizdən daim daha yüngül görünər. ANNUNZIO 10. Acı çəkməyənlər, başqalarının acı çəkə biləcəyini ağıllarına belə gətirə bilməzlər. SAMUEL JOHNSON ACLIQ: 1. Aclıq elə alçaq bir qapıdır ki , keçilməsi məcburi oldumu, insan nə qədər böyüksə o qədər əyilmək məcburiyyətindədir. Victor Hüqo 2. Qarını aclardan çox, ürəyi aclara yazığım gəlir. Cenap ŞAHABETTİN 3. Kral da, dilənçi də eyni iştahla acar. MONTEIGNE 4. Aclıq nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. DANİEL DEFO ƏDALƏT: 1. Ədalət gözəldir lakin liderlərdə olsa daha da gözəl olar. Hz. MƏHƏMMƏD (s) 2. Ölkələr qılıncla alınar; ancaq ədalətlə qorunar. ƏMİR TEYMUR 3. Ədalət, haqsız olana haqsızlıq kimi gəlir. Çünki hər insan öz gözündə günahsızdır. DANİEL DEFO 4. Qüvvətə söykənməyən ədalət gücsüz, ədalətə söykənməyən qüvvət mərhəmətsizdir. B. PASKAL 5. Ədalətin qanunlarında belə mütləq ədalətsiz bir tərəf vardır. MOTEİGNE 6. Ədalət yer üzündən yox olsa , insan həyatına dəyər verəcək bir şey qalmaz. I. KANT 7. Gecikən ədalət ədalətsizlikdir. W. S. LANDOR 8. Haqsızlığa yönəlib bütün insanların səninlə gəlməyindənsə, ədalətli olub tək qalmağın daha yaxşıdır. M. GANDI | |
|
Şərhlər: 0 | |