19:39 Dünyanın ən nazik smartfonu | |
![]() "Alcatel" şirkəti "CES 2013" sərgisinə "One Touch" xəttinə mənsub "ağıllı" telefonlar gətirib. SİA-nın məlumatına görə, onların arasında ən maraqlısı "Idol Ultra" modelidir. İstehsalçı onu dünyanın ən nazik "ağıllı" telefonu adlandırıb. Modelin qalınlığı 6,45 millimetr təşkil edir. Cihaza "Android Jelly Bean" mobil əməliyyat sistemi quraşdırılıb.
"Alcatel Idol Ultra" HD təsvir ölçülü 4,7 düymlü "AMOLED" ekran, 1,2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor və videonu 1080p təsvir ölçüsündə yazmaq imkanına malik 8 meqapikselli kamera ilə təchiz edilib. Aparatın qiyməti haqqında məlumat yoxdur. Şirkət yalnız bildirib ki, yanvar ayından sonra onun satışlarına start veriləcək. mənbə: sia.az | |
|
Şərhlər: 0 | |