19:11 Elza Seyidcahan Aygün Kazımovaya söz atdı | |
![]() "Məndən üzr istəyə bilər” "Qalmaqalları nəyinsə xatirinə etmirəm. Amma daha böyük qalmaqallar ola bilər ki, mən də bunu yatızdırıram”. Bu fikirləri AzNews.az-a açıqlamasında əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan deyib. E.Seyidcahan bildirib ki, hər zaman düz danışıb və buna görə də qarşı tərəfdən üzrxahlıq tələb edib. Əməkdar artist bu yaxınlarda açıqlamasında xalq artsiti Aygün Kazımovayla küsülü olmadığını desə də, ona söz atıb: "Həmin insan da səhvini başa düşür. Məndən üzr istəyə bilər... sonda onu bağışlayıram. Məndən üzr istəmirsə, halallığımı almırsa, Allah da onu cəzalandırır. Əqidəli insanam. Bu o demək deyil ki, nə edirəmsə, reklam xatirinə edirəm. Sənətdən uzaqlaşmıram. Bəzi müğənnilər kimi düşünmürəm ki, qalmaqal yaradım, diqqət mərkəzində olum. Buna heç ehtiyacım yoxdur”. aznews.az | |
|
Şərhlər: 0 | |