10:25 Fləş-kart boyda kompüter hazırlandı | |
![]() "Dell” şirkəti "Project Ophelia” adlı çox yığcam kompüter təqdim edib.Onun ölçüləri fləş-kart boydadır. Kiçik ölçülü fərdi kompüter "USB” port vasitəsilə televizora qoşulur. Yeniliyin relizi 2013-cü ilin birinci yarısına planlaşdırılıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Project Ophelia”-nın daxilində 2 modul (Bluetooth və Wi-Fi) quraşdırılıb. Birinci periferiya qurğularının (klaviatura və siçan) qoşulması, ikincisi isə simsiz şəbəkəyə qoşulmaq üçün istifadə olunur. Qurğunun digər xüsusiyyətləri haqqında məlumat verilmir. | |
|
Şərhlər: 0 | |