Bazar ertəsi, 16.06.2025, 01:22
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 19 » Günelin svarovski daşlarla bəzədilmiş maşını səs-küy yaratdı
13:22
Günelin svarovski daşlarla bəzədilmiş maşını səs-küy yaratdı

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel dünən axşam İstanbulun Nişantaşı rayonunda olub. Anspress-in "Takvim" qəzetinə istinadən verdiyi məlumata görə, onun maşınının sükanından nömrəsinədək svarovski daşlarla bəzədilməsi diqqəti cəlb edib.

Günel bu daşlara xüsusi marağının olduğunu bildirib: "Məndə svarovski dəliliyi var. Özümdən asılı deyil, gözəl görünməyi çox sevirəm. Deyəsən, bu, bir xəstəlikdir". Cib telefonunu da svarovski daşlarla bəzəyən müğənni yaxın vaxtlarda yeni albomu ilə şou-biznesə bomba kimi dönəcəyini deyib.

Günel maşınının nömrəsində svarovski daşların oğurlanmasından da şikayətlənib.

Milli.Az
Kateqoriya: Avto | Views: 436 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP