Bazar ertəsi, 16.06.2025, 02:01
Приветствую Вас, Гость
Ana Səhifə » 2012 » Dekabr » 29 » Günün duası
12:58
Günün duası

Bağışlayan və mehriban Allahın adı ilə!

Həmd olsun hər şeyin dirildib inşa edilməsindən qabaq olan və hər şeyin fani olmasından sonra qalan, hər şeyi bilən Allaha, elə bir Allah ki, Onu yad edənləri unutmaz, ona şükr edənləri naqis etməz, Onu çağıranları məyus etməz, Ona ümid bağlayanların ümidini kəsməz...

Pərvərdigara, nə qədər ki diriyəm, məni Öz dinində sabitqədəm et və qəlbimi hidayət olunduqdan sonra azğınlığa salma, Öz yanından mənə rəhmət əta et, həqiqətən Sən, çox bəxşiş edənsən...

İlahi, Muhəmməd və onun Əhli-beytinə salavat göndər, məni onun həqiqi tərəfdarlarından və ardıcıllarından qərar ver, məni onun zümrəsində məhşərə gətir və cümə gününün vacib əməllərini və ibadət, itaətləri yerinə yetirməkdə müvəffəq et. Cümə günlərinin əhlinə qiyamət günündə verəcəyin ətadan məhrum etmə.

 

("Məfatihul-cinan", Cümə duasından)

Kateqoriya: İslam | Views: 354 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP