19:03 “Gürcüstan parlamenti biabır oldu” | |
![]() O, amnistiya barədə qanuna dövlət başçsının vetosunu nəzərə almayan Gürcüstan parlamentinin hərəkətlərindən heyrətini ifadə edib: "Bu, Gürcüstan parlamentarizmi üçün rüsvayçılıq günü olacaq. Mən qanuna vetonu cəmiyyəti ağır nəticələrdən qorumaq üçün qoymuşdum. Mən uşaq qatillərinin, Rusiya casuslarının, dövlət çevrilişləri və hərbi qiyamların təşkilatçılarının azadlığa çıxzmağını istəmirdim. Parlament prezidentin vetosunu nəzərə almamaqla dövlətçilik əleyhinə akta görə məsuliyyəti üzərinə götürdü”. O, uşaqbazların, narkotik alverçilərinin, talançıların azadlığa çıxmasından sonra yaranacan qorxunc mənzərəni də təsvir edib. Mixail Saakaşili Rusiya casuslarının azadlığa buraxılmasının nəticələrini xüsusi vurğulayıb: "Parlament bütün Rusiya casuslarını azadlığa buraxır. Casusların bağışlanması o deməkdir ki, gələcəkdə Gürcüstanda növbəti hökumət dəyişikliyi ümidi ilə casusların sayı artacaq. Bu gün Gürcüstan parlamenti vətənə xəyanətin, hərbi qiyamın mümkünlüyü, hakimiyyət dəyişikliyindən sonra hər şeyi bağışlanacağı presendentini yaratdı. Bu, çox təhlükəli presendentdir” anspress | |
|
Şərhlər: 0 | |