Bazar ertəsi, 16.06.2025, 00:36
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 18 » Həzrəti Əli (ə) kəlamları (2-hissə)
20:52
Həzrəti Əli (ə) kəlamları (2-hissə)
img

1. «Elm və bilik var-dövlətdən üstündür. Elm səni saxlayır, var-dövləti isə sən saxlayırsan».
2. «Səbr iki növdür: biri bəlalar, o biri isə günahlar qarşısında səbr».
3. «Allah qorxusundan ağlamaq qəlbi münəvvər edir və günaha qayıdış yolunu bağlayır».
4. «Rahatlıq üç şeydədir: Uyğun qadın, yaxşı rəftarlı övlad və müvafiq dost».
5. «Dünyada Allahdan qorxan şəxs axirətdə Allah qorxusundan azad olar».
6. «Sənə pislik edənə yaxşılıq et, sənə zülm edəndən keç».
7. «Əmanəti onu sənə tapşırana qaytar. Sənə xəyanət edənə isə xəyanət etmə».
8. «Gələcəkdəkilər sizdən ibrət götürməmiş siz keçmişdəkilərdən ibrət götürün».
9. «Bədənləriniz dünyanı tərk etməmiş qəlbləriniz dünyanı tərk etsin. Siz dünyada imtahana çəkilirsiniz və dünya üçün yaradılmamısınız».
10. «Axirəti puça çıxarıb, dünyanı abad edən bütün işlərdən çəkin».
11. «Fasiqlər və günahkarlardan, Allaha itaətsizlik yolunda çalışanlardan həzər qıl».
12. «Dünyadan qorx. O, şeytanın tələsi və imanın qənimidir».
13. «Söz gəzdirməkdən çəkin. O, qəlblərdə kin toxumu səpər. İnsanı Allahdan və xalqdan uzaqlaşdırar».
14. «Sizin üçün ən çox qorxduğum şey nəfs istəklərinə itaətiniz və arzularınızın uzunluğudur».
15. «Adamların ən güclüsü nəfsinə qalib gələn kəsdir».
16. «Ölümü az xatırlayan insanın arzuları başqalarından çox olar».
17. «İnsanların ən axmağı özünü ağıllı sayan kəsdir».
18. «İnsanların ən düşüncəlisi öz eybini görüb, başqalarında eyb axtarmayan kəsdir».
19. «Allah-təala dünyanı həm sevdiyi, həm də sevmədiyi kəsə əta edər. Dini isə yalnız sevdiklərinə verər».
20. «Mö’minin üç zinəti var: «Allahdan qorxu, doğru danışıq və əmanəti sahibinə qaytarmaq».
21. «Yalan danışmaqdan çəkinin. O, imanı puça çıxarır».
22. «Qələbənin şirinliyi səbrin acılığını aradan qaldırar».
23. «Dini tərk etməklə dünya dalınca qaçmayın. Dünyanı tərk etməklə axirət qazanın».
24. «Sizinlə hesab çəkilməmiş özünüz özünüzlə hesab çəkin».
25. «Allah zikri hər bir pəhrizkarın sevinci, hər bir yəqin sahibinin ləzzətidir».
26. «Nəfsi azğın istəklərdən qorumaq böyük cihaddır».
27. «Alimin büdrəməsi gəminin qırılması kimidir. O, özü qərq olanda başqaları da qərq olur».
28. «Mö’mini Allaha itaət sevindirir, günah isə pərişan edir».
29. «İmanını şəkk-şübhədən qoru. Çünki duz balı çürütdüyü tək, şəkk-şübhə də imanı puça çıxarır».
30. «Səni ucaldan sükut səni alçaldan danışıqdan üstündür».
31. «Allaha xatir əməlini, elmini, sevgisini, nifrətini, alışını, verişini, danışığını, sükutunu paka çıxaranın xoş halına».
32. «Namazda qunut və səcdələri uzatmaq insanı cəhənnəm əzabından xilas edər».
67. «Əbədi axirəti qoyub dünya həyatında razılıq axtaran insan özünə zülm etmişdir».
68. «Gözünün qarşısında insanlar öldüyü halda ölümü yaddan çıxaran kəsə təəccüb edirəm!»
Kateqoriya: İslam | Views: 407 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP