21:58 Havadakı təyyarənin qanadında 3 metrlik ilan aşkar edildi | |
![]() Avstraliyadan Papua Yeni Gineyə uçan təyyarənin qanadında 3 metrlik piton ilanı aşkar edilib.
Gün.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Avstraliyanın Cairns şəhərindən Papua Yeni Ginenin paytaxtı Port Moresbaya uçan Qantas havayollarına məxsus QF 191 təyyarəsində baş verib. Belə ki, təyyarə havaya qalxdıqdan 20 dəqiqə sonra pəncərədən bayıra baxan sərnişinlər qanad və mator arasına sığınan "qaçaq yolçu”nu görüblər. Xeyli sallantılı bir səyahət keçirən ilanın qanaddan düşməmək üçün göstərdiyi çaba, sərnişinlər arasında qorxuya və çaşqınlığa səbəb olub. Saatda 400 km sürətə və əksi 15 dərəcə istiliyə baxmayaraq piton ilanını sərnişinlər mobil telefonlarının kamerasına çəkiblər. Qantas havayollarının nümayəndəsi 2 saatlıq uçuşun ardından Port Moresbaya çatanda ilanın öldüyünü görüblər. | |
|
Şərhlər: 1 | ||
| ||