Bazar ertəsi, 16.06.2025, 00:39
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 18 » Heyvanlarda peyvəndləmə işlərinə başlanılıb
21:41
Heyvanlarda peyvəndləmə işlərinə başlanılıb

Milli.Az-dan aldığımız məlumata görə Milli.azRegional TV-yə istinadən xəbər verir ki, yaxın bir neçə gün ərzində Quba rayonunda iribuynuzlu ev heyvanlarında rast gəlinən qarayara və brusellyoz xəstəliklərinə qarşı mübarizə tədbirlərinə başlanılacaq. Rayon ərazisində olan 67 min baş iribuynuzlu və 250 min baş xırda buynuzlu heyvana qarayara xəstəliyinə qarşı peyvəndlər vurulacaq. 

Bundan başqa 30 minə yaxın südlük iribuynuzlu heyvanda brusellyoz xəstəliyinin olub-olmamasını yoxlamaq məqsədilə qan nümunələrinin götürülməsinə başlanılıb. Bundan başqa 5 min qoçun da brusellyoza yoluxub-yoluxmaması məqsədilə qan nümunələri götürüləcək.

İribuynuzlu heyvanlarda qarayara və brusellyoza qarşı mübarizə tədbirləri mart ayına kimi sona çatacaq. Bundan sonra xırdabuynuzlu heyvanlarda rast gəlinən xəstəliklərə qarşı vaksinasiya işlərinə başlanacaq. Bu proses isə aprel və may aylarında yekunlaşacaq.

Bizim.ucoz.com.br
Kateqoriya: Xəbərlər | Views: 346 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP