Bazar ertəsi, 16.06.2025, 00:14
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 19 » Əhməd Davudoğlu: "Əsas ixtilaf nöqtəsi..."
22:37
Əhməd Davudoğlu: "Əsas ixtilaf nöqtəsi..."

Milli.Az-dan aldığımız məlumata görə Milli.az TRT-yə istinadən bildirir ki, xarici işlər naziri Əhməd Davudoğlu Anadolu Agentliyinin "Redaktor Masası"nın qonağı olub, xarici siyasətə dair sualları cavablandırıb.

Nazir bildirib ki, Suriyada əsas ixtilaf nöqtəsi Əsəd rejimindən sonra nə olacağıdır. Davudoğlu qeyd edib ki, keçid dövründə əli qana bulaşmamış şəxslər olmalıdır: "Əsəd öz xalqını təyyarələrlə, bombalarla öldürmək yolunu seçdi. Əli bu qədər qana batmış, xalqına bu qədər zülm etmiş bir rejimin davam etməsini və legitimliyini müdafiə edən kimsə qalmadı".

Xarici siyasətlə bağlı tənqidləri dəyərləndirən nazir bildirib ki, demokratik ölkələrdə aktiv siyasət apararkən tərif qədər tənqid eşitmək də normaldır: "Biz zalımla məzlumu ayırd etməyən xarici siyasəti Türkiyəyə yaraşan xarici siyasət saymırıq".

Parisdə 3 PKK-çı qadının öldürülməsi ilə bağlı sualı cavablandıran Davudoğlu bu cinayətin üstünün açılmasını istədiklərini vurğulayıb: "Bu, həm terroru dəstəkləyən, həm də terrordan alət kimi istifadə edən dairələrin ortaya çıxarılması baxımından mühümdür".

Davudoğlu Fransanın Malidə keçirdiyi əməliyyata da münasibət bildirib. Nazir birtərəfli müdaxiləyə qarşı olduqlarını qeyd edib və bildirib ki, bu proses BMT çətiri altında aparılmalıdır.

Bizim.ucoz.com.br
Kateqoriya: Xəbərlər | Views: 430 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP