19:43 İndiyədək nə qədər Galaxy satılıb? | |
![]() Cənubi Koreya nəhəngi "Samsung Electronics” şirkəti "Galaxy” ticarət markası altında satılmış "ağıllı” telefonların sayını açıqlayıb.Bu qurğular bazarda 2 il 7 aydır ki mövcuddur və onların satış həcmi 100 milyon təşkil edib. Hər gün təxminən 190 min "Galaxy” "ağıllı” telefonu satılır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Galaxy” xəttinə məxsus ən populyar "ağıllı” telefon "Galaxy S III”-dür. Bu "ağıllı” telefonun relizindən ötən 50 gün ərzində onun 1 milyon nüsxəsi satılmışdı. "Galaxy S II” modelinə gəlincə, onun relizindən ötən 20 ay ərzində satış həcmi 40 milyonu ötmüşdü. Hazırda "Samsung” şirkəti "ağıllı” telefon bazarında liderlik edir. "Strategy Analytics” şirkətində çalışan analitiklərin proqnozuna əsasən, 2013-cü ildə Asiya korporasiyası 290 milyon "ağıllı” telefon satacaq. Bu, ötən ilin göstəricisindən 35 faiz çoxdur. | |
|
Şərhlər: 0 | |