13:08 İranda 6 nəfər edam edilib | |
İranda biri Əfqanıstan vətəndaşı olmaqla, 6 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 27 yaşlı əfqanın üzərindən 1.97 kiloqram narkotik maddə tapılıb. Digər 5 nəfər isə qadına qarşı təcavüz etməkdə günahlandırılıb. Yerli məhkəmənin çıxardığı ölüm hökmü dünən səhər saatlarında icra olunub. Əfqan Simnanda, qalan 5 nəfər isə Yasuc şəhərində edam edilib. Bakı. Könül Cəfərli – APA. | |
|
Şərhlər: 0 | |