11:38 iPhone-a abidə ucaldılıb | |
![]() Bu gün Sankt-Peterburqda "Apple” şirkətinin banisi Stiv Cobsun şərəfinə ucaldılan abidənin açılışı olub.
hazırlanmasında müasir texnologiyaların istifadə olunduğu "iPhone 4” smartfon modeli şəklində olan şüşə və dəmirdən ibarət interaktiv heykəltəraşlıq əsəri Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları Tədqiqatı Universitetinin texnoloji parkının ərazisində yerləşir. Hündürlüyü 188 santimetr təşkil edən heykəlin müəllifi Qleb Tarasovdur. Ön paneldə yerləşən sensorlu interaktiv ekranda Stiv Cobsun tərcümeyi-halı, onun haqqında fotoşəkillər və videolar göstərilir. Heykəlin arxa tərəfində yer alan QR-kodu istifadəçilər mobil qurğular vasitəsilə oxumaqla "Apple”-ın keçmiş rəhbərinin həyatına həsr edilən sayta daxil olmaq imkanı əldə edirlər. | |
|
Şərhlər: 0 | |