Bazar ertəsi, 16.06.2025, 00:34
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 11 » Kosmosdan təhlükə var
23:52
Kosmosdan təhlükə var
img

300 metr uzunluğu olan Apofis asteroidinin Yerdən 14,46 milyon kilometr aralıdan keçməsi ilə bağlı yaranmış xof səngiməyib.

Alimlər bu asteroidi "əsrin ən böyük kosmik təhlükəsi" adlandırırdılar.
Amerikalı astronomlar isə bildirirlər ki, səmadan təhlükə gözləməyə dəyməz.

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin hesablamalarına görə, bu ilin sonunadək Yerə təhlükəli məsafədə asteroid yaxınlaşması ehtimal olunmur.

Avropa Kosmik Agentliyinin astronomları isə tam fərqli mövqe tutublar.
Onların hesablamalarına görə, Apofis asteroidi 16 il sonra yenidən geri dönəcək və Yerlə arasındakı məsafəni çox təhlükəli olan 36 min kilometrə qədər azaldacaq.

Apofisin qayıdışında, 2036-cı ildə asteroidin yerlə toqquşması da istisna deyil.
"Bu ölçüdə asteroidlər Yerə min ildən bir düşürlər. Apofisin Yerlə toqquşma ehtimalı isə 4 milyondan 1-ə bərabərdir. Lakin hər şeyə rəğmən, təhlükə riski var və bunu dana bilmərik", - avropalı astronomlar bildiriblər.
Kateqoriya: Maraqlı | Views: 409 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP