09:33 Kriştiano Ronaldo azarkeşlərindən dəstək istədi | |
![]() İspaniya kubokunun 1/8 finalında "Selta Viqo”nu 4:0 hesabı ilə məğlub edən Madrid "Real”ının hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Joze Mourinyoya qarşı etiraz edilməsinə münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, oyundan sonra mətbuat konfransına gəlməyən Mourinyonun əvəzinə kapitan Ronaldo jurnalistlərə açıqlama verib: "Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var. Biz komanda kimi bir olmalıyıq. İçimizdə ayrı-seçkilik yaşanmamalıdır. Hələ qazanacağımız çox şeylər var". Qeyd edək ki, ötən iki oyunda olduğu kimi bu oyunda da azarkeşlər baş məşqçi Joze Mourinyonu fitə basıblar. | |
|
Şərhlər: 0 | |