12:22 Ledi Qaqa və Cem Yılmaz "Tvitter"də ağalıq edir | |
![]() Müğənni Ledi Qaqa "Tvitter" sosial şəbəkəsində ən çox izləyicisi olan məşhurlar sırasında birinci pillədədir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sənətçi 33 milyon 177 min izləyicisi ilə sosial şəbəkədə hər kəsi qabaqlayır. İkinci pillədə isə 33 milyon 126 min 400 izləyici ilə amerikalı müğənni Justin Bieber qərarlaşıb. İki məşhur arasında təxminən 50 min izləyici fərqi müşahidə edilir. Bu axşama gözlənilən nəticələrdə isə Bieberin Ledi Qaqanı qabaqlayacağı proqnoz edilir. Türkiyənin "Tvitter"də izləyici sayına görə öndə olan məşhuru isə Cem Yılmazdır. Cemin bu sosial şəbəkədə 3 milyon 282 min 590 izləyicisi var. mənbə: axsam.az | |
|
Şərhlər: 0 | |