11:59 Murad Arif sənət adamlarının "bostanına daş atdı" | |
![]() Aparıcı, prodüser və bir çox hit mahnıların müəllifi Murad Arif bu dəfə əsasən müğənniləri hədəf seçib. O, AzNews.az-a açıqlamasında müğənnilər, aparıcılar, ümumiyyətlə, məşhur insanların şəxsi həyatını gündəmə gətirmələri sevmədiyini deyib. "Aparıcıyamsa verilişimlə, prodüserəmsə müğənni Xəyyam Nisanovla, müəllifimsə mahnılarımla gündəmdə qalım. Bu tələblərə şəxsi həyatım daxil deyil. Əgər hər hansı tanınmış şəxsi uşağıyla, əyləşdiyi divanıyla, sürdüyü maşınıyla efirdə görəndə tamaşaçı olaraq məni qıcıqlandırır. Tamaşaçı kimi məni qıcıqlandırdığı üçün də öz həyatımda bu amilləri göstərmirəm”, - M.Arif söyləyib. mənbə: aznews.az | |
|
Şərhlər: 0 | |