Bazar ertəsi, 16.06.2025, 00:41
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 8 » "Neftçi" Çexiya yığmasının üzvünü alır?
11:18
"Neftçi" Çexiya yığmasının üzvünü alır?
"Neftçi" Çexiya yığmasının üzvünü alır?



Avropa mətbuatı "Neftçi”nin transfer etmək istədiyi futbolçularla bağlı yeni-yeni xəbərlər yayır. Fanat.az xəbər verir ki, Bakı klubunun transfer siyahısında olan daha bir futbolçunun kimliyi açıqlanıb.

Bu, Çexiya yığmasının üzvü Martin Latkadı. "Neftçi”nin 28 yaşlı müdafiəçini heyətinə qatmaq istədiyi deyilir.

Qeyd edək ki, Latka hazırda Praqanın "Slaviya” klubunda çıxış edir. O, 2011-ci ildən çıxış etdiyi komandada 33 oyun keçirib və 4 qol vurub. Müdafiəçi cari mövsümdə meydana çıxdığı 14 oyunun hamısında start heyətində yer alıb və sadəcə ikisində əvəzlənərək 2 qola imza atıb.

Latka karyerasına Çexiyanın "Dinamo” klubunda başlayıb (2002-2003, 22 oyun, 3 qol). Daha sonra "Slaviya”ya keçən müdafiəçi (2003-2008, 102 oyun, 8 qol) 2006-cı ildə İngiltərənin "Birmingem” klubuna (6 oyun) icarəyə verilib. O, 2009-2011-ci illərdə Yunanıstanın "Panionios” klubunda (45 oyun, 3 qol) çıxış edib.

"Neftçi”nin almaq istədiyi iddia olunan futbolçu 2004-2007-ci illərdə Çexiya U-21-də 25 oyun keçirib və 1 qol vurub. O, ötən il ilk dəfə Çexiya millisinə dəvət olunub və noyabrın 14-də Slovakiya yığması ilə oyunda debüt edib.
Kateqoriya: Idman | Views: 411 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP