Bazar ertəsi, 16.06.2025, 00:33
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 4 » Övladlarınıza kompüter qədər əhəmiyyət verin
14:40
Övladlarınıza kompüter qədər əhəmiyyət verin
Məktəbə aid yersiz söhbətlər, kobud rəftar, intizamsızlıq, natəmizlik, dava-dalaş bu dövrə aid olan xarakterik nöqsanlardır. Bütün bu nöqsanların əsas səbəblərindən biri uşaqdakı "diqqət aclığıdır”. Adətən, belə uşaqlar onlara lazımı qədər diqqət yetirə bilməyən ataya qarşı kinli olurlar. Atanın ifrat tələbkarlığı da uşaqda mənfi hissləri qıcıqlandıra bilər. Hətta uşaq pis işlərə əl ataraq, atanı rüsvay etməkdən də çəkinmir.

Yeniyetmələr arasında oğurluğun başlıca səbəbi maddi ehtiyac yox, macəraçılıq, diqqəti cəlb etməkdir. Oğurluq təsadüfi hadisə olsa da, adətən dostların təşviqi ilə baş verir. Uşaq bu işlə dostları arasında nüfuz qazanacağına ümid edir. Ona görə də oğurluğun səbəbini tapmaq çox zəruridir. Yalnız bu səbəbi bildikdən sonra oğruya qarşı tədbir görmək olar. Oğurluq etmiş uşağı ağır tənbeh etmək olmaz. Onun yatmış hisslərini oyatmaq üçün təsirli bir metod axtarılmalıdır. Bəzi uşaqlar evdən kiçik şeylər oğurlamaqla öz ehtiyaclarını ödəmək istəyirlər. Onun başlıca ehtiyacı isə dostlarının diqqətini cəlb etməkdir. O, oğurladığı şeyi hörmət qazanmaq üçün rüşvət verir. Eyni məqsədlə oğurluğa əl atan böyüklərlə rastlaşdıqda təəccüblənməmək olmur.

Uşağın hansısa inkişaf mərhələsində ortaya çıxmış istənilən problemi gələcək üçün qorxuludur. Problemli uşaq öz nöqsanını biruzə vermək üçün münasib şərait gözləyir. Beləcə, uşaqlıqda bünövrəsi qoyulmuş nöqsan illərlə sonra özünü göstərir.

Uşağın üzləşdiyi problemi inkar etmək və ya onu özbaşına həll etmək məsuliyyətsizlikdir. Valideynlərin kompüterləri düzgün işləmədikdə dərhal mütəxəssisə müraciət edirlər. Lakin əksər valideynlər övladlarını kompüterdən primitiv sayırlar. Bəlkə bu münasibətin arxasında biganəlik durur?!
Övladını sevən və onun əsrarəngiz bir varlıq olduğunu dərk edən valideyn bu övlada diqqətlə yanaşır və onun problemlərini mütəxəssislə birgə həll edir.
Yalnız peşəkar mütəxəssislərə müraciət edilməli, onun bilik və təcrübəsinə əmin olunmalıdır. Elmi əsərlər yazmaq hələ yaxşı həkim olmaq deyil. Naşı həkim nəinki problemi aradan qaldıra bilmir, hətta əlavə problemlər yaradır.
Kateqoriya: Maraqlı | Views: 365 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP