11:15 "Qalatasaray"dan bağışlanmayacaq səhv | |
![]() "Qalatasaray”ın illər öncə etdiyi səhv aşkara çıxıb. Fanat.az xəbər verir ki, hazırda dünyanın ən bahalı və ən məşhur futbolçularından olan Radamel Falkao və Xavyer Pastorenun İstanbul klubuna keçmək ehtimalı var imiş. Belə ki, 2009-cu ildə baş məşqçi Bülent Korkmaz həmin vaxt Argentinada oynayan Falkao və Pastorenin transferini istəyib. Transfer komitəsi isə oyunçuların özlərini və klublarını razı salıb. Amma həmin vaxtkı Futbol Şöbəsinin rəhbəri Adnan Sezgin işləri korlayıb. Belə ki, Marselo Karruska transferində "ağzı yanan” Sezgin Korkmaza bu sözləri deyib: "3 il əvvəl Argentinadan böyük ümidlərlə Karruskanı aldıq. Amma komandaya bir oyun belə xeyir vermədi. Ağzımız çox yandı, bir daha belə risk etmərəm”. Bununla da Falkao və Pastorenin "Qalatasaray”ya transferi baş tutmayıb. 2009-cu ildə "Qalatasaray”a keçidi baş tutmayan Falkao "River Plate”dən 3 milyon avroya "Portu”ya keçir. Daha sonra Portuqaliya çempionluğunu milli çempionatda və Avroliqada zəfərə daşıyan kolumbiyalı cəmi 2 ildə dəyərini 13 qat artıraraq 40 milyon avroya "Atletiko”ya keçdi. İndi isə onun qiyməti təxminən iki dəfə artıqdı. Pastore isə "Hurakan”dan 4.7 milyon avroya "Palermo”ya keçdi və cəmi iki il sonra 43 milyon avroya PSJ-yə transfer olundu. | |
|
Şərhlər: 0 | |