22:02 Rafet El Roman Bakıya gəlir | |
![]() Sabah Türkiyənin məşhur müğənnisi Rafet El Roman yenidən Bakıya gəlir. Müğənni 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətiylə Qəbələdə yerləşən "Qafqaz Sport Hotel”də konsert proqramı ilə çıxış edəcək. Bu barədə AzNews.az-a konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib. O, bildirib ki, Rafet El Roman sabah Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olacaq. N.Eminoğlu onu da qeyd edib ki, Rafet El Romanı səhnədə rəqs qrupu müşayiət edəcək. Həmin gün müğənni ilə eyni məkanda azərbaycanlı həmkarları da çıxış edəcəklər. | |
|
Şərhlər: 0 | |