Bazar ertəsi, 16.06.2025, 00:59
Приветствую Вас, Гость
Ana Səhifə » 2013 » Yanvar » 11 » Ərdoğan :"Yığışdırın bu heykəli"
23:55
Ərdoğan :"Yığışdırın bu heykəli"
img

Ərdoğan Afrika səfərinin son dayanacağı olan Seneqala gəlib. Baş nazir Seneqala gələr-gəlməz Afrikadakı qul alverinin simvolu olan Goree adasına gəlib. Adada milli rəqs nümayişi ilə qarşılanan Ərdoğan nəvələri üçün xeyli hədiyyə alıb. Baş nazir müstəqillik qazandıqdan sonra hökumət tərəfindən satın alınan və muzeyə çevrilən evlərdə, qulların Amerikaya göndərilmədən öncə qaldığı otaqlarla tanış olub, bu evlərdə yaşlarına və cinslərinə görə fərqli otaqlarda saxlanılan qulların ayaq və boyunlarına taxılan zəncirləri incələyib.

Ərdoğanın Afrika səyahəti də qalmaqalsız ötüşməyib. Tayyib Ərdoğan adada Fransanın göndərdiyi və qul alverini simvolizə edən heykəli bəyənməyib, seneqallı rəsmilərə "Bunu Fransaya geri qaytarmaq lazımdır” deyib. Maraqlısı isə, Ərdoğanın bəyənmədiyi heykəl və heykəlin yerləşdiyi Qullar Evi muzeyinin UNESCO-nun dünyanın mədəni irsləri siyahısında yer almasıdır. Hər il 200 mindən çox turist qəbul edən muzeydə ən maraqlı məkan isə minlərlə qulun Afrikadan ayrılmadan öncə son dəfə keçdiyi "Dönüşü olmayan qapı” abidəsidir.

Xatırladaq ki, Ərdoğanın Qarsda türk-erməni dostluğu şərəfinə ucaldılan "İnsanlıq abidəsi”ni "eybəcər” adlandırmasından bir müddət sonra heykəl sökülmüşdü.


mənbə: xezerxeber.com
Kateqoriya: Xəbərlər | Views: 385 | Artırmaq: sindibad022 | Reytinq: 0.0/0
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP