17:26 Sevda vertalyotla Bakını gəzəcək | |
![]() Gənc müğənni Sevda Yahyayeva Şövkət Ələkbərovanın repertuarından mahnı oxumaq qərarına gəlib.
Müğənni bu mahnıya klip də çəkdirəcəyini deyib. "Bakının ulduzları” adlanan mahnı Elza İbrahimovanın bəstəsidir. Müğənni yeni aranjimanda təqdim edəcəyi bəstəni "Dan ulduzu” ansamblı ilə birgə ifa edib: "Şövkət Ələkbərova da vaxtilə "Dan ulduzu” ansamblının solisti olub. Elə buna görə də mahnını ansamblla birgə oxumaq qərarına gəldim. Buna görə Rəşid Behbudovun pianoçusu, ansamblın rəhbəri Vasif Axundova minnətdaram. Yaxın günlərdə mahnıya klip çəkdirəcəyəm. Ola bilsin ki, klipi vertalyotla səmadan çəkdik. Çünki bizə Bakının gözəl məkanlarının görüntüləri lazımdır”. Sevda bu il yeni albom buraxmayacağını, bununla belə, yeni mahnılar və solo konsert hazırlayacağını bildirib. | |
|
Şərhlər: 0 | |