Bazar ertəsi, 16.06.2025, 02:25
Приветствую Вас, Гость
Ana Səhifə » 2012 » Dekabr » 27 » Şok ! "BlackBerry" 1 milyon abonent itirdi
18:51
Şok ! "BlackBerry" 1 milyon abonent itirdi
Şok ! BlackBerry 1 milyon abonent itirdi


"BlackBerry” 1 milyon abonentini itirib. Rabitə və İnformasiya Nazirliyinin rəsmi saytında yer alan xəbərə görə, Kanadanın "BlackBerry” smartfonları istehsalçısı Research in Motion (RIM) şirkətinin xidmətlərindən imtina edən istifadəçilərin sayı 1 milyon təşkil edərək rekord həddə çatıb. Şirkət tarixində müştərilərin bu sayda azalması heç vaxt müşahidə edilməyib və bu da öz növbəsində RIM-in maliyyə göstəricilərinə mənfi təsir göstərərək mədaxilin 1,5 dəfə azalmasına səbəb olub.
"Russia Today” saytı yazır ki, bu ilin 4-cü rübündə şirkət cəmi 2,7 milyard dollar mədaxil əldə edib. Bu da ötən ilin sentyabr-dekabr aylarının analoji göstəricisindən 47 faiz azdır.
Şirkət rəhbərliyi hazırda bütün mümkün vasitələrlə bazardakı mövqeyini möhkəmləndirməyə çalışır. Lakin RIM-in potensial uğurları səhmdarları ruhlandırmayıb və istehsalçının ABŞ birjasına çıxarılan qiymətli kağızlarının dəyəri dərhal 13 faiz azalıb.
Kateqoriya: Mobil dünya | Views: 392 | Artırmaq: sindibad022 | Reytinq: 5.0/1
Şərhlər: 0
Имя *:
Email *:
Код *:
myWAP