19:02 Şou-biznesin məşhurları yeni ili harada qarşılayacaq? | |
GUN.az saytının əməkdaşı şou-biznes nümayəndələri arasında yeni ili harada qeyd edəcəklərinə dair sorğu keçirib. Məşhurlardan 2013-cü ili kimi iş başında, kimi xaricdə, kimi də evində qeyd etməyi planlaşdırır: İlhamə Quliyeva – Yeni ili Moskvada, yaxın dostlarımın əhatəsində qarşılayacağam. Abbas Bağırov – Bu il heç bir şou-proqrama qatılmayacağıma dair söz vermişdim. Bayramı ailəmlə birlikdə qeyd etməyi düşünürdüm. Amma yaxın bir dostum restoranında oxumağı xahiş etdi. Cəmi bir restoranda olacağam. Samir Piriyev – Mən bayram gecəsi şou-proqramda iştirak etməyi xoşlamıram. Yeni ili evimdə, ailəmlə birlikdə qarşılayacağam. İl boyu işləyirik, heç olmasa bayram gecəsi istirahət edək. Natavan Həbibi – Bayram gecəsi şou-proqramda olacağını deyən müğənni saatlar 00:00–ı vuranda Şaxta Babadan bir hədiyyə istəyəcək. Onun tək arzusu sehirli çubuqdur. Emil Bədəlov – 2013-cü ili evimdə, ailəmlə birlikdə qarşılayacağam. Namiq Qaraçuxurlu - Əslində bayramı evdə keçirmək istəyirəm. Amma bir neçə restoranda şou-proqramda olacağam. Saat 00:00-da harada olacağımı bilmirəm. Ülviyyə Könül – Məşhur rejissor bayram gecəsini Amerikada qızının yanında keçirəcək. Tünzalə Ağayeva – Yeni ili evdə ailəsi ilə birlikdə qarşılayan məşhurlardan biri də əməkdar artist Tünzalə Ağayevadır. O, bütün əyləncəli tədbirlərdən imtina edib. Fatimə - Restoranların birində ailə üzvlərimlə birgə əylənəcəyəm. | |
|
Şərhlər: 0 | |